Genetik analizlərin icbari tibbi sığortaya daxil edilməsi təklif olunub

Hazırda oxunan: Genetik analizlərin icbari tibbi sığortaya daxil edilməsi təklif olunub

577151

Səhiyyə Nazirliyi genetik analizlərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınmasını təklif edir.

Bizim.Media Report-a istinadən xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanematoloq Yeganə Abbasova Sumqayıtda keçirilən "Regionda ilk: Meyitdən orqan nəqli. Uğurlu təcrübədən gələcəyə doğru" beynəlxalq elmi konfransında deyib.

O qeyd edib ki, sümeli və kök hüceyrə transplantasiyası üçün bu analizlər vacibdir:

"Xatırlatmaq istəyirəm ki, hazırda ümumilikdə 1021 nəfər müxtəlif orqanların çatışmazlığından əziyyət çəkdiyindən növbədədir".

Y.Abbasova əlavə edib ki, 2025-ci ilin fevral ayından indiyə kimi 30-dan çox şəxsə orqan köçürülüb:

"Orqan donorluğu onlayn və əyani formada ərizələrin doldurulması ilə həyata keçirilə bilər. Hər iki halda hansı orqanların bağışlana biləcəyi haqda məlumatlar vətəndaşlara təqdim olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin