Bakıda bir neçə şəxs qonaq getdikləri evdən 21 min manatlıq oğurluq edib.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı inzibati ərazidə baş verən bir neçə oğurluq faktını törədən şəxslər saxlanılıblar.
Tədbir zamanı əvvəlcə Səbail rayonunda yerləşən mənzildən oğurluq edən paytaxt sakinləri - İlkin Rəsulov, onun tanışları Nuranə Məmmədova və Elçin Ağayev tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər hadisə günü Səbail rayonunda yaşayan İlkin Rəsulovun dostunun evinə qonaq gediblər. Bir neçə gün orada qalandan sonra isə ev sahibinin olmamasından istifadə edərək mənzildən 8 700 manat, 1 600 dollar, 7 000 manat dəyərində qızıl-zinət əşyaları və dəyəri 3 000 manat olan 1 ədəd kürk oğurlayıblar.
Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir tədbir zamanı isə bank kartlarından oğurluq edən şəxs saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:05 / 29.01.2022
Dostlarının evindən 21 min manat oğurlayanlar saxlanıldı – VİDEO
Hazırda oxunan: Dostlarının evindən 21 min manat oğurlayanlar saxlanıldı – VİDEO
Hazırda oxunan: Dostlarının evindən 21 min manat oğurlayanlar saxlanıldı – VİDEO
57713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.