Bu gündən heyvan bazarları BAĞLANIR

Hazırda oxunan: Bu gündən heyvan bazarları BAĞLANIR

577111

Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.

Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır.
 

Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq.


Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər.

Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin