Balakən sakini həyətində ÖLÜ tapıldı

Hazırda oxunan: Balakən sakini həyətində ÖLÜ tapıldı

577106

Balakən sakini həyətində ölü aşkarlanıb.

Şəhər ərazisindəki fərdi evlərdən birinin həyətində meyiti tapılan sakin xəstəlikdən əziyyət çəkirmiş.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 66 yaşlı Mehdihacı Mamedov səhərin erkən saatlarından həyətə düşüb. Yaxınlarının dediyinə görə o, adətən hər səhər həyətdə gəzərmiş.

Onun evə dönmədiyini görən yaxınları narahat olub və arxasınca həyətə düşüblər.

Bir müddət sonra 66 yaşlı sakinin meyitini aşkarlayıblar.
 

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verib.


Mərhumun hansı səbəbdən öldüyü müayinələrdən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin