Sinir sistemini möhkəmləndirən QİDALAR: Bunlarla depressiyanın da qarşısı alınır

Hazırda oxunan: Sinir sistemini möhkəmləndirən QİDALAR: Bunlarla depressiyanın da qarşısı alınır

577070

Sinir pozğunluqları, depressiya bütün orqanizmin zəifləməsinə, bununla da bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Bizim.Media xəbər verir ki, həkimlər sinir sistemini möhkəmləndirmək üçün beş əsas qidanı müəyyənləşdiriblər.

Həmin qidaları təqdim edirik:

1. Sinirlər üçün vacib olan B1 vitamini ilə zəngin qidalar: qarabaşaq və yulaf sıyığı, donuz əti, çovdar çörəyi.

2. Zehni yüklənmələr zamanı B2 vitamini vacibdir. Bu halda paxlalılar, ispanaq, ərik və yumurta köməyə gəlir. Bu məhsulların çatışmazlığı əhvalın pisləşməsinə, baş ağrısına və halsızlığa səbəb ola bilər.

3. Emosional gərginlik zamanı beynin intellektual fəaliyyəti və yaddaş zəifləyir, kəskin əhval dəyişiklikləri yaranır. Bunun qarşısını almaq üçün B12 vitamini ilə zəngin məhsullar — dəniz məhsulları, daxili orqanlar (ürək, böyrək, qaraciyər), yumurta ağı — qəbul edin. Bu qidalar Altsheymer sindromuna tutulma riskini azaldır.

4. Süd və bütün süd məhsulları (xüsusilə turş süd məhsulları). Kalsiumsuz sinirlər möhkəm ola bilməz. Bu mineralın çatışmazlığı narahatlıq və əsəbilik yaradır.

5. Beynin fəaliyyəti və hormonal balans üçün yod vacibdir. Bütün dəniz məhsulları, dəniz kələmi və hər növ dəniz balığı yod mənbəyidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin