“Hazırda ümumitəhsil müəssisələrində çalışan müəllimlərin sayı 150 minə yaxındır. Hazırda müəllim kimi çalışanların 120 mindən çoxu qadın, cəmi 25 mindən çoxu isə kişidir. Təhsil sektorunda gender bərabərləyinin nəzərə alınması çox vacibdir. Araşdırmalara görə, bunun əsas səbəblərindən biri müəllimlərin orta aylıq əməkhaqqının respublika üzrə orta əmək haqqından aşağı olmasıdır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib.
O, sertifikasiya prosesinin təkmilləşməsinə ehtiyac olduğunu bildirib:
“Sertifikasiya ilə bağlı qaydalara yenidən baxılmasını təklif edirəm. Həmçinin, MİQ imtahanlarında iştirak etmək üçün rüsumdan azad edilən güzəştli kateqoriyanın sırasına keçmiş məcburi köçkünlərin də əlavə edilməsini təklif edirəm.
Hazırda 51 və çox bal toplayanların əmək haqlarına 35 faiz artım əlavə olunur. 30 və 50 bal nəticə göstərənlərə isə 10 faiz artım əlavə olunur. 50 bal 84 faizə yaxın nəticə deməkdir. 80 fazidən yüksək bal yığmaq bal yığmaq A kateqoriyadır və buna daha yüksək əməkhaqqı artımına şamil edilməlidir. 80 faiz daha çox bal toplayanların əməkhaqları daha çox artmalıdır”.
Qeyd edək ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfə müsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqla digər şəxslər üçün ödənişli olacaq.
Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Günay Şahmar, Bizim.Media



























































































