“Səssiz xəstəliy”ə qarşı məcburi MÜALİCƏ – Qanun bu məsələdə nə DEYİR?

Hazırda oxunan: “Səssiz xəstəliy”ə qarşı məcburi MÜALİCƏ – Qanun bu məsələdə nə DEYİR?

577011

Narkotik asılılığı bir insanın yox, cəmiyyətin probleminə çevrilib. Səssizcə həyata nüfuz edən bu xəstəlik neçə-neçə arzuları yarımçıq qoyub, dostluqları, ailələri dağıdıb, ümidləri qırıb. Bu bəlaya düçar olanlarla yanaşı onların yaxınları, ailə üzvləri də əziyyət çəkirlər. Bəziləri öz istəkləri, irədələri ilə sağalmağa razılıq versələr də, bəziləri buna qərar vermək gücündə olmur. Ona görə də onlara xoş niyyətlə uzanan ələ ehtiyac duyulur.

Yəni onları məhv olmaqdan xilas üçün cəmiyyətin, dövlətin müdaxiləsi labüd olur. Son illərdə dövlət bu problemin qarşısını almaq və asılı şəxslərin cəmiyyətə reinteqrasiyasını təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirir. Narkotik asılılığının fərdi seçimdən çıxararaq ictimai təhlükə yaradan xəstəliyə çevrildiyi hallarda, dövlətin müdaxiləsi bəzən qaçılmaz olur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda həkim-narkoloqların və klinik (tibbi) psixoloqların SAYI ARTIRILACAQ


Azərbaycanda narkotikdən məcburi müalicə anlayışı varmı və nə zaman işə düşür?

Bizim.Media-nın araşdırmasına görə, bu, Nazirlər Kabinetinin “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları” haqqında qərarı ilə tənzimlənir.

Belə ki, bu qaydalar narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsinin şərtləri və qaydalarını müəyyən edir.

Məcburi müalicənin yalnız məhkəmənin qərarına əsasən tətbiq edilməsinə icazə verilir.

Dəyişikliyə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin