Lənkəranda 39 yaşlı kişini elektrik cərəyanı vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə bu gün saat 13:00 radələrində rayonun ucqar dağ kəndi Gərgiranda baş verib.
Mobil operatorlardan birində enerji mühəndisi kimi çalışan, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub.
Ətrafdakıların köməyi ilə o, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyətinin ağır olması səbəbindən Rusif Əmənov reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu




























































































