Şəhidin dəfn mərasimindən görüntülər - VİDEO

Hazırda oxunan: Şəhidin dəfn mərasimindən görüntülər - VİDEO

57700
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində həlak olan hərbi qulluqçumuz Tural Əhmədov bu səhər uğurunda öldüyü torpağa tapşırılıb.

ANS TV-nin məlumatına görə, əslən Ağdamın işğal altındakı Qiyaslı kəndindən olan 24 yaşlı Tural Əhmədovla vida mərasimi məcburi köçkünlərin məskunlaşdığı 4 yol-1 qəsəbəsində təhsil aldığı orta məktəbdə keçiridi. Mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, rayon rəhbərliyi və minə yaxın Ağdam sakini iştirak edirdi. Vida mərasimindən sonra Tural Əhmədovun cənazəsi şəhidə hörmət əlaməti olaraq döyüş yoldaşlarının çiyinində Tərtərin 4 yol adlanan ərazisinə qədər təqribən 4 km. yolu piyada gətirildi.

Buradan Müdafiə Nazirliyinə məxsus avtomobillə Bərdədki Şəhidlər Xiyabanına aparıldı. Tural Əhmədovun tabutunun üzərinə salınmış üç rəngli bayraq şəhidin böyük qardaşı Bəxtiyar Əhmədova təqdim edildi. Şəhidin dəfn mərasimində Qarabağ müharibəsi veteranları da iştirak edirdi.

“Azərbaycan vətəndaşı, Qarabağ oğlanları axırıncı şəhidini verənə qədər, Qarbağdan, Azərbaycanın hər bir metr torpağından ötrü şəhid olmağa hazırdır” ”“ deyə keçmiş döyüşçü Vüqar Hümbətov qeyd edib.

Dəfn mərasiminin sonunda havaya yaylım atəşi açıldı.

Tural Əhmədov ötən gün döyüş postunda Ermənistan tərəfinin təxribatının qarşısını alarkən başından aldığı güllə yarasından həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin