Lerik rayonunda kişi küçə itinin hücumuna məruz qalıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Nürəvud kəndi ərazisində baş verib.
1978-ci il təvəllüdlü Elçin Şiroğlan oğlu Mirzəyev küçə itinin dişləməsi nəticəsində xəsarət alıb.
Yaralı dərhal Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona quduzluğa qarşı peyvənd vurulub. Daha sonra vəziyyətinin ağırlığına görə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.
Həkimlər onun baldır nahiyəsində geniş və dərin yara aşkar ediblər. Hazırda E.Mirzəyev xəstəxanada müalicəsini davam etdirir.
Sabutay, Bizim.Media, Cənub bürosu




























































































