Son illər spirtli içkilər və tütün məhsullarında qiymət artımı müşahidə olunur. Bəzi vətəndaşlar bunu narazılıqla qarşılayır, lakin iqtisadçı Eldəniz Əmirov bu addımı zəruri və faydalı hesab edir.
İqtisadçı Bizim.Media-ya bildirib ki, qiymət artımları yalnız fiskal məqsədlərlə deyil, həm də sosial təsir baxımından önəmlidir:
“Bu məhsulların qiymətinin artması onlardan istifadə edənlərin sayını azaldır. Kimsə deyə bilər ki, dəyişmir, amma statistika göstərir ki, böyük ölkələrdə bu qərarlardan sonra istehlak əhəmiyyətli dərəcədə azalıb.”
Eldəniz Əmirov hesab edir ki, spirtli içkilər və siqaret həm iqtisadi, həm də sağlamlıq baxımından zərərli məhsullardır və onların bahalaşması cəmiyyət üçün müsbət nəticə verir.
Nəzrin Elxan, Bizim.Media




























































































