“Məhkəmə hüquq şurası tərəfindən aparılan islahatlar nəticəsində hakimlərin seçilməsi prosesi xeyli sürətləndirilib. Əvvəllər bu proses 2 il çəkirdi. Hazırda bu proses 1 il ərzində baş tutur”.
Bizim.Media xəbər verir ki, bunu Milli məclisin plenar iclasında Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.
O bildirib ki, hakimlərin sayı artırılır:
“Hazırda 650 hakim fəaliyyət göstərir, gələn il bu rəqəmi 720-ə artırmağa çalışırıq. Həmçinin, məhkəmə Hüquq şurası nəzdində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi prosesi təşkil edilib.
Komitə tərəfindən hazırlanan qaydalar beynəxalq standartlara əsasən aparılan qiymətləndirilməni özündə ehtiva edir. Bu qiymətləndirmə nəticəsində biz görürük ki, hansı hakimlər fəaliyyətində daha yaxşı nəticələr göstərir. Hakimlərin fəlaiyyətinin bütün istiqamətləri nəzərə alınır”.
Günay Şahmar, Bizim.Media





























































































