Bakı, Sumqayıt və Gəncə Apellyasiya məhkəmələrinə hakimlər təyin edilib.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyində əks olunub.
Belə ki, Fəhmin Zaur oğlu Hümbətov, Həmid Azər oğlu Ağalarov, Fərid İlham oğlu Mədətli, Günel Arif qızı Sevdimalıyeva və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri Qasımov Vidadi Kamal oğlunun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.
Həmçinin, iclasda Əkrəm Sabir oğlu Qəhrəmanov və Tural Nurulla oğlu Məmmədovun Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.
Bundan əlavə, Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi müzakirə edilib.
Layihə sənədi səsə qoyularaq qəbul edilib.
Günay Şahmar, Bizim.Media





























































































