Uzun illər sağlam həyatın əsas qaydası kimi göstərilən "gündə 8 saat yatmaq" tövsiyəsi artıq elm insanlarına görə keçərli deyil. Yeni araşdırmalar hər kəs üçün sabit bir yuxu müddətinin olmadığını, əsas vacib məqamın yuxunun keyfiyyəti və bədənin bərpası olduğunu göstərir.
Bizim.Media xəbər verir ki, mütəxəssislərə görə, böyüklər üçün ideal yuxu müddəti 7-9 saat arasında dəyişir.
Xüsusilə orta yaş və yuxarı yaş qruplarında 7 saatlıq müntəzəm yuxu, həm zehni, həm də fiziki sağlamlıq üçün ən balanslı nəticələr verir.
Harvard və Cambridge universitetlərinin ortaq tədqiqatları göstərib ki, "8 saatlıq qayda" fərdi xüsusiyyətləri nəzərə almır. Mütəxəssislər bildirirlər ki, yuxunun keyfiyyəti, bioloji ritm və həyat tərzi, yuxunun uzunluğundan daha çox rol oynayır.
Yuxu çatışmazlığı nəticəsində immun sistem zəifləyir, stress artır, çəki nəzarəti çətinləşir və ürək xəstəlikləri riski yüksəlir.
Mütəxəssislər keyfiyyətli yuxu üçün əsas qaydaları belə sadalayır:
Bioloji saatı sabit saxlamaq (hətta həftəsonları da eyni vaxtda yatmaq və oyanmaq).
Telefon, planşet və televizor kimi cihazların mavi işığından uzaq durmaq.
Kofeinli içkilər və ağır yeməkləri yatmazdan 3-4 saat əvvəl qəbul etməmək.
Otağın temperaturunu 18-20°C arasında saxlamaq - çox isti mühit yuxuya getməyi çətinləşdirir. (Milli.Az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:05 / 24.10.2025
“Gündə 8 saat yuxu” mifinin sonu - Bu qədər yatmaq kifayətdir...
Hazırda oxunan: “Gündə 8 saat yuxu” mifinin sonu - Bu qədər yatmaq kifayətdir...
Hazırda oxunan: “Gündə 8 saat yuxu” mifinin sonu - Bu qədər yatmaq kifayətdir...
576932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































