Azərbaycanda elektrik skuterləri QADAĞAN EDİLİR?

Hazırda oxunan: Azərbaycanda elektrik skuterləri QADAĞAN EDİLİR?

576857

Son aylarda Avropada bir sıra ölkələr, o cümlədən Fransa, İspaniya və bu günlərdə Çexiya  ictimai təhlükəsizlik və infrastruktur səbəblərinə görə elektrik skuterlərinin istifadəsini məhdudlaşdırıb və ya tam qadağan edib. Bu isə sual doğurur:

Azərbaycanda da belə bir qərar gözlənilirmi?

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, bəzi Avropa ölkələrində skuterlərin qadağan edilməsi əsasən iqlim və şəraitlə bağlıdır:

“Bu, başadüşüləndir. Soyuq iqlim qurşağında yerləşən ölkələrdə skuterlər il ərzində çox az müddət istifadə olunur. Belə ölkələrdə hava şəraiti və infrastruktur səbəbindən bu nəqliyyat vasitələrinə ehtiyac da az olur. Azərbaycanda isə vəziyyət fərqlidir. Skuterlər son illərdə xüsusilə gənclər arasında populyarlıq qazanıb. Onlardan daha çox əyləncə məqsədilə və dənizkənarı bulvar ərazilərində istifadə edilir", - deyə Aslan Əsədov bildirib.

Ekspertin sözlərinə görə, ölkəmizdə skuterlərin qadağan edilməsi gözlənilmir:

“Bu vasitələr həm yeni gətirilib, həm də bir çox hallarda faydalı nəqliyyat növü sayılır. Xüsusilə tıxacların çox olduğu paytaxt ərazilərində skuterlər rahat və çevik hərəkət imkanı yaradır. Ona görə də yaxın zamanda Azərbaycanda onların ləğvi gündəmdə deyil".

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin