Heyvan satışı bazarlarında dezinfeksiya işləri aparılır - FOTO

Hazırda oxunan: Heyvan satışı bazarlarında dezinfeksiya işləri aparılır - FOTO

576671

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Xaçmazda diri heyvan satışı bazarında dezinfeksiya tədbirləri aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edilib ki, bazar mexaniki yolla təmizləndikdən sonra agentliyin əməkdaşları xüsusi texnika vasitəsilə ərazini tam şəkildə dərmanlayıblar.
 

Profilaktik dezinfeksiya tədbirlərinin məqsədi heyvan satışı bazarlarında törədici patogen mikroorqanizmləri məhv etməklə onların törədə biləcəyi infeksion xəstəliklərin qarşısını əvvəlcədən almaqdır.


Bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcud olan bütün heyvan satışı bazarlarını əhatə edəcək və qısa müddətdə yekunlaşacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin