VK Ədliyyə Nazirliyi ilə birgə 10 saylı CÇM-də ödənişsiz hüquqi yardım aksiyası təşkil etdi

Hazırda oxunan: VK Ədliyyə Nazirliyi ilə birgə 10 saylı CÇM-də ödənişsiz hüquqi yardım aksiyası təşkil etdi

576636
Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində “10 Dekabr Ümumdünya İnsan Hüquqları günü” münasibətilə 10 dekabr 2022-ci il  tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla marifləndirmə görüşü və onlara ödənişsiz hüquqi yardım aksiyası təşkil edilib.
Tədbirdə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva, Ədliyyə Nazirliyinin məsul şəxsləri Vüqar Ağayev, Nizami Əliyev, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin məsul şəxsi Ələkbər Mirzəyev və 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarov, Ombudsman Aparatının nümayəndələri Raidə Əmirbəyova, Əflatun Baxşıyev iştirak ediblər.
 
Tədbirin rəsmi hissəsindən sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar üçün  ödənişsiz hüquqi yardım aksiyası keçirilib. 
 
Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkilləri  tərəfindən 24 nəfər məhkuma ödənişsiz hüquqi yardım göstərilib.
 
Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi  amnistiya, əfvetmə, cəzadan şərti olaraq vaxtın əvvəl azad etmə, cəzanın növünün dəyişdirilməsi, cəzaçəkmə müəsissəsinin növünün dəyişdirilməsi, sosial təminatla bağlı olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin