Dabaq xəstəliyinin qarşısını almaq üçün hansı tədbirlər görülür? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Dabaq xəstəliyinin qarşısını almaq üçün hansı tədbirlər görülür? – RƏSMİ AÇIQLAMA

576617

Xəbər verdiyimiz kimi ölkə ərazisində cütdırnaqlı heyvanlar arasında dabaq xəstəliyi yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dabaq təhlükəsinə görə ət bazarlarında vəziyyət necədir? - VİDEOREPORTAJ


Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sağlamlaşdırma tədbirləri çərçivəsində oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Təbii ki, xəstəliyin daha böyük coğrafiyada yayılmaması üçün dizinfeksiya işlərinin aparılması da zəruridir.

Bu məsələnin nə yerdə olduğunu öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərdik.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Bizim.Media-ya bildirib ki,  artıq heyvan satışı bazarlarında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşlarının iştirakı ilə mexaniki təmizləmə və dezinfeksiya işlərinə başlanılıb:
 

“İlkin dezinfeksiya tədbirləri Bakı şəhəri, Salyan və Xaçmaz rayonlarının heyvan satışı bazarlarında keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə aparılan proses zamanı ərazisi tullantılardan mexaniki yolla təmizlənmiş bazarlar texniki avadanlıqlar vasitəsilə dezinfeksiya olunur.


Bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcud olan bütün heyvan satışı bazarlarında həyata keçirikəcək və qısa zamanda yekunlaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin