Dini təhsillə bağlı İlahiyyat İnstitutunun rektorundan AÇIQLAMA

Hazırda oxunan: Dini təhsillə bağlı İlahiyyat İnstitutunun rektorundan AÇIQLAMA

576583

“Dini təhsil mənəvi dəyərlərə uyğun, eyni zamanda müasir çağırışlara cavab verən şəkildə qurulmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumda jurnalistlərə açıqlamasında bildirib.

Rektor qeyd edib ki, simpoziuma 15 ölkədən 70-ə yaxın alim və tədqiqatçı qatılıb.

Onun sözlərinə görə, belə tədbirlər dini təhsildə müasir yanaşmaların formalaşması, təcrübə mübadiləsinin aparılması və müxtəlif modellərin müqayisəsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Azərbaycanda din təhsili həm İslam dünyası, həm də qlobal miqyasda əhəmiyyətli bir modeldir.

Biz bu modeli dünyaya tanıtmaq, mənəvi dəyərləri qoruyaraq yeniliklərə açıq bir sistem formalaşdırmaq istəyirik”.
 

Aqil Şirinov əlavə edib ki, dini təhsil yalnız biliklərin ötürülməsi deyil, həm də insanın mənəvi və sosial məsuliyyət hissinin formalaşması prosesidir.


Onun fikrincə, bu sahədə atılan hər bir addım cəmiyyətin sabitliyinə, gənclərin düzgün istiqamətdə formalaşmasına və mədəniyyətlərarası dialoqun güclənməsinə xidmət etməlidir.

Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin