Azərbaycanda tanınmış həkim vəfat etdi

Hazırda oxunan: Azərbaycanda tanınmış həkim vəfat etdi

576559

Azərbaycanda tanınmış tibb xadimi, uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmış Əməkdar həkim Cəbrayıl Əlinağıyev vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Cəbrayıl Fərman oğlu Əlinağıyev 1947-ci ildə Masallı rayonunda anadan olub.

Atasının müalicəsinə kömək etmək istəyi onu həkimlik peşəsinə yönəldib.

Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra ilk cərrahi əməliyyatını atasının üzərində apararaq onun əl barmaqlarını sağaldıb.
 

İnstitutun elmi şurasının qərarı ilə Travmatologiya və Ortopediya kafedrasında klinik ordinaturanı başa vurub və daha sonra Sumqayıta işləməyə göndərilib. O vaxtdan etibarən Sumqayıt səhiyyəsində fəaliyyət göstərib və 1974–2018-ci illərdə Travmatologiya şöbəsinin müdiri kimi çalışıb.


Cəbrayıl Əlinağıyev həmçinin Sumqayıt şəhərinin baş ortoped-travmatoloqu olub.

Kiyevdə tibb elmləri namizədi elmi dərəcəsini alıb.

Azərbaycan səhiyyəsinə verdiyi xidmətlərə görə “Əməkdar həkim” fəxri adına layiq görülüb və dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin