Bir qrup QHT rəhbəri məcduru köçkün Faiq İsmayılovun qeyri-qanun olaraq evinin dağıdılması ilə bağlı Azərbaycan dövlət başçısına müraciət ünvanlayıb.
Moderator.az-a daxil olan müraciətdə qeyd olunur QHT rəhbərləri
ölkə başçısının dəfələrlə məmurlara verdiyi tapşırığa baxmayaraq, yerlərdə vətəndaşları
qeyri-qanun olaraq incitməsi və qanunlara məhəl qoymaması müşahidə
olunmaqdadır. Müraciəti imzalayanalar bəyan edir ki, məmurların növbəti belə
bir qeyri-qanuni əməli 3 oktyabrda ictimai xadim, yazıçı-publisist, Azərbaycanın
İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələri Təşkilatı İctimai
Birliyinin sədri, Soyqırım və Terror Əleyhdarları QHT Koalisiyasının rəhbəri
Faiq İsmayılovun evini qanunsuz olaraq sökülməsi zamanı baş verib. Belə
ki, oktyabrın 3-də 90-dək hərbi geyimli şəxs, özlərini təqdim etmədən və hər
hansı izahat vermədən Buzovna qəsəbəsi Zağulba prospekti ev 61-də məskunlaşan
Laçın rayonundan olan məcburi köçkün Faiq İsmayılovun evini basqın edərək
söküblər. Nəticədə F.İsmayılov 6 baş ailə üzvü ilə evsiz qalıb. Müracitəi
imazlayan QHT rəhbərləri ölkə başçısından məsələyə müdaxilə etməsini və yardım göstərməsini
xahiş ediblər.
Qeyd edək ki, F.İsmayılov 8 kitabın müəllifidir.



























































































