Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, insident rayon mərkəzində, Avtovağzal ərazisində qeydə alınıb.
Ovçubərə kənd sakini, 1980-ci il təvəllüdlü Rüfət Xudaşükür oğlu Mikayılov həmkəndlisi, 35 yaşlı Novruz Müstəcəb oğlu İmanov tərəfindən bıçaqlanıb.
İki bıçaq yarası alan R.Mikayılov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Novruz İmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
08:43 / 22.10.2025
Biləsuvarda qonşular arasında bıçaqlanma: SAXLANILAN VAR
Hazırda oxunan: Biləsuvarda qonşular arasında bıçaqlanma: SAXLANILAN VAR
Hazırda oxunan: Biləsuvarda qonşular arasında bıçaqlanma: SAXLANILAN VAR
576537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.