“Süni günəş” layihəsi - ABŞ startapı alimləri qorxuya saldı

Hazırda oxunan: “Süni günəş” layihəsi - ABŞ startapı alimləri qorxuya saldı

576529

“Reflect Orbital” şirkəti minlərlə günəş işığını Yerə əks etdirə bilən peykləri orbitə buraxmaq niyyətində olduğunu açıqladıqdan sonra kəskin tənqid atəşinə tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Nəşr yazır ki, layihə günəş elektrik stansiyalarının gecə də işləməsini, orbitdən işığın yönləndirilməsi hesabına mümkün edəcək bir sistemin yaradılmasını nəzərdə tutur.

Lakin astronomlar belə bir “işıqlandırmanın” müşahidələrə və ekosistemlərə bərpaolunmaz zərər vuracağından ehtiyat edirlər. Peyklərdən gələn işıq teleskopları kor edə, uzaq qalaktikaların öyrənilməsinə mane ola və heyvanların təbii ritmlərini poza bilər.
 

Bundan əlavə, ekspertlər layihənin reallaşdırılmasına da şübhə ilə yanaşırlar: aşağı orbitdə hərəkət edən peyklər bir bölgə üzərindən cəmi bir neçə dəqiqəyə keçirlər, sabit işıqlandırma üçün isə yüz minlərlə aparat lazım olacaq. Hətta maksimum sayda peyk olsa belə, onlar yalnız təxminən gündüz işığının 20 faizini - o da məhdud sahələrdə təmin edə biləcəklər.


“Reflect Orbital” isə iddia edir ki, işıq “qısa və lokallaşdırılmış” olacaq və astronomiyaya zərər verməyəcək. Lakin elmi ictimaiyyət bu fikirlə razı deyil: Amerika Astronomiya Cəmiyyətinin keçirdiyi sorğuya görə, mütəxəssislərin əksəriyyəti bu layihəni gələcəkdə optik müşahidələr üçün ciddi təhdid hesab edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin