Zəncəfil mövsümi xəstəliklər dövründə əvəzolunmaz bitkidir. O, latın mənşəli söz olub, damarlı və çiçəkli bitkilər fəsiləsinə aiddir və əsasən soyuqdəyməyə qarşı məhsulların siyahısına daxildir.
Bizim.Media xəbər verir ki, bununla belə, onu universal dərman adlandırmaq olmaz.
Zəncəfil çoxillik ot bitkilərinə aiddir. Ən çox yayılan növü tibbi zəncəfildir. Gövdələri dik olur və hündürlüyü 0,6–1,5 metrə çatır. Yarpaqları dar, uzun və növbəli düzülür, 15–20 sm uzunluğunda olur. Yaz–yay mövsümündə çiçək açır. Çiçəkləri sarımtıl-yaşıl rəngdə, bənövşəyi və ya tünd qırmızı ləkələrlə olur, sünbülvari salxımlarda toplanır.
Meyvə çox az verir, əsas dəyəri onun rizomunda (kök hissəsində) toplanır. Rizomun diametri 2–4 sm-dir və 7–10 ayda yetişir (gövdələr quruduqdan sonra). Zəncəfilin dadı ədviyyatlı, kəskin və özünəməxsus ətirlidir.
Zəncəfilin faydaları
Zəncəfil kökündə çoxlu efir yağları, antioksidantlar, B və C qrup vitaminləri, həmçinin minerallar mövcuddur. Onun tərkibindəki gingerol, şogaol və zingiberen kimi aktiv maddələr orqanizmdə iltihabı və oksidləşmə stressini azaldır.
Bu bitki:
Xroniki iltihabı azaldır;
Artrit zamanı ağrıları yüngülləşdirə bilər;
Həzm sisteminə müsbət təsir göstərir (öd ifrazını stimullaşdırır, qarında qaz və şişkinliyi azaldır);
İmmuniteti gücləndirir.
Zəncəfil həmçinin ürək-damar və sinir sisteminə faydalıdır, baş ağrısı və stres zamanı kömək edir.
Qadınlar üçün zəncəfilin faydası
Zəncəfil xüsusilə menstruasiya dövründə qadınlar üçün faydalıdır - əzələ və menstrual ağrıları azalda bilər. Bioloq İrina Lyalinanın “İzvestiya” qəzetinə verdiyi məlumata görə, bu ədviyyat hamiləliyin erkən dövrlərində toksikoz zamanı da kömək edir.
O qeyd edib: “Zəncəfil müxtəlif mənşəli ürəkbulanma hallarına qarşı - nəqliyyatda baş gicəllənmədən tutmuş, hamiləliyin ilk mərhələlərindəki toksikoz və kimyaterapiyadan sonrakı hal-a qədər xüsusi effektivlik göstərir”.
Bundan başqa, zəncəfil çəkini azaltmağa da kömək edir, qan şəkəri və xolesterin səviyyəsini normallaşdırır, maddələr mübadiləsini sürətləndirir.
Zəncəfil kimlər üçün zərərlidir
Zəncəfildən həddindən artıq istifadə etmək olmaz.
Təzə halda: gündə 1–3 qramdan çox deyil.
Qurudulmuş halda: 0,5–1 qram kifayətdir.
Dozanın aşılması mədə yanması, selikli qişanın qıcıqlanması və ya ishala səbəb ola bilər.
Zəncəfil aşağıdakı hallarda əks göstərişə səbəb olur:
Qan durulaşdırıcı dərmanlar qəbul edənlər üçün (qan laxtalanmasını azalda bilər);
Cərrahi əməliyyatlardan əvvəl — ən azı 2 həftə öncədən qəbul dayandırılmalıdır;
Hamiləliyin son mərhələlərində — gündə 1 qramdan çox olmaz, allergik reaksiyaların qarşısını almaq üçün.
Bizim.Media