Mədəniyyət və İncəsənət Universiteti tələbələrin təqaüdlərini niyə GECİKDİRİR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Mədəniyyət və İncəsənət Universiteti tələbələrin təqaüdlərini niyə GECİKDİRİR? – Rəsmi AÇIQLAMA

576454

Bir aydan artıqdır ki, yeni tədris ili başlayıb. Lakin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (AMİU) tələbələri təqaüdlərini almayıblar.

Belə ki, birinci kurs tələbələrinə bank kartları verilsə də, təhsilalanlar tələbə təqaüdünün verilmədiyini bildiriblər.

Ümumiyyətlə, Azərbaycan universitetlərində tələbə təqaüdlərinin gecikdirilməsi halları vaxtaşırı baş verir. Bu dəfə isə gecikmə məhz birinci kurs tələbə təqaüdlərinin verilməsində olub.

Məsələ ilə bağlı sözügüdən ali təhsil müəssisəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qısa zamanda tələbə təqaüdləri veriləcək:

“Bütün universitetlərdə birinci kursda oxuyanların tələbə təqaüdlərinin verilməsi prosesi sənədlərin hazırlığı ilə bağlı vaxt tələb edir. Demək olar ki, bütün sənədlər hazırdır, bir neçə gün ərzində bu proses bitəcək və stipendiyalar veriləcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin