Sumqayıtda təcili yardım həkimlərinin iynə vurduğu kişi ÖLDÜ

Hazırda oxunan: Sumqayıtda təcili yardım həkimlərinin iynə vurduğu kişi ÖLDÜ

576452

Sumqayıt şəhərində 43 yaşlı kişi qəfil dünyasını dəyişib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.

Şəhər sakini, 1982-ci il təvəllüdlü Akif Abgül oğlu Baxşıyev dünən axşam saatlarında səhhətində problem olduğundan qəfil halı pisləşib. A.Baxşıyevə yardım etmək üçün ünvana təcili tibbi yardım briqadası çağırılıb.

Ünvana gələn təcili tibbi yardım həkimləri ona ağrıkəsici iynə vurub. İynədən bir neçə dəqiqə sonra A.Baxşıyev dünyasını dəyişib.

Hadisə ilə bağlı polisə müraciət daxil olub və faktla bağlı araşdırma aparılır. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Sumqayıtda 43 yaşlı kişinin ölməsi ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumatda bildirilir ki, oktyabrın 21-də saat 00:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri ərazisindən təcili çağırış daxil olub.

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1983-cü il təvvəllüdlü (kişi cinsli) şəxsə kəskin koronar sindrom, kardiogen şok diaqnozu qoyulub və ilkin tibbi yardımın həyata keçirilməsinə baxmayaraq, həkim yanında ölüm qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin