Keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan TƏBİB əməkdaşı EVƏ buraxılıb – ÖZƏL

Hazırda oxunan: Keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan TƏBİB əməkdaşı EVƏ buraxılıb – ÖZƏL

576443

Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən bıçaqlanan Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva xəstəxanadan evə buraxılıb.

Bu barədə Bizim.Media-ya onun yaxınları məlumat verib.

Onun vəziyyətinin yaxşılaşdığı və həyati təhlükəsinin olmadığı bildirilib.

Şirvan Şəhər Xəstəxanasında əməliyyat olunan 1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi evdə davam etdiriləcək.

 

MÖVZU İLƏ BAĞLI:

Keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan TƏBİB əməkdaşının SON DURUMU açıqlandı


Qeyd edək ki, L.Qanbayeva oktyabrın 7-də keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən bıçaqlanıb. Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.

Lamiyə Qanbayevanı bıçaqlayan Tural Qanbayev isə törətdiyi cinayətdən sonra sirkə turşusu içərək intihara cəhd etmişdi. O, hələ də Şirvan şəhər xəstəxanasında reanimasiyadadır.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin