Bu gün saat 23:00-dan etibarən Azadlıq meydanının qarşısındakı yolda hərəkət məhdudlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləridir.
Məlumata görə, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.
Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazidə hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:40 / 21.10.2025
DİQQƏT! Azadlıq meydanının qarşısındakı yol bağlanır
Hazırda oxunan: DİQQƏT! Azadlıq meydanının qarşısındakı yol bağlanır
Hazırda oxunan: DİQQƏT! Azadlıq meydanının qarşısındakı yol bağlanır
576434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.