Çayla üzərək İrandan Azərbaycana keçən İraq vətəndaşı HƏBS EDİLDİ

Hazırda oxunan: Çayla üzərək İrandan Azərbaycana keçən İraq vətəndaşı HƏBS EDİLDİ

576426

Çayla üzüb İrandan Azərbaycana keçən İraq vətəndaşına hökm oxunub.

Bizim.Media xəbər verir ki, 2004-cü ildə İraqın Ərbil şəhərində anadan olmuş Aqeel Hamadın (şərti) Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Aqeel Hamad Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsinin Astara rayonu, Züngüləş kəndində yerləşən 13-cü sərhəd zastavasının 6-cı sahəsindən piyada hərəkət etməklə, İrandan Azərbaycana qanunsuz olaraq keçib və həmin gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
 

İraq vətəndaşı əvvəlcə işləmək üçün İrana gedib. Orada pul qazana bilmədiyindən Azərbaycana keçmək qərarına gəlib. Lakin quru sərhədlərinin bağlı olması, pasportunu itirməsi səbəbindən "Google Maps" tətbiqindən istifadə etməklə Astara çayını keçərək, Azərbaycana qeyri-qanuni yolla daxil olub.


Züngüləş kəndi ərazisində asfalt yola doğru hərəkət edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib və bir il azadlıqdan məhrum edilib. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin