"Yazılanlar şişirdilib, 1 milyon avro..." - İsa Həbibbəyli qızının başına gələnlərdən danışdı

Hazırda oxunan: "Yazılanlar şişirdilib, 1 milyon avro..." - İsa Həbibbəyli qızının başına gələnlərdən danışdı

576388

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan çox nağd pul və qiymətli zinət əşyalarının dələduzluq yolu ilə ələ keçirildiyi barədə xəbər yayılıb.

Bizim.Media xəbər verir ki, AMEA rəhbəri məsələ ilə bağlı manset.az-a açıqlama verib. O, xəbərdə qeyd olunan məbləğlərin və məlumatların həddindən artıq şişirdildiyini bildirib.
 

"Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil. Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb.


Həmin zinət əşyaları onun anasından və qayınanasından yadigar qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən 1 milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın", - İ.Həbibbəyli qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin