Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev mətbuatda barəsində yayılan xəbərlərin yalan olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə Musavat TV-yə danışıb.
"Faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”, - eks-deputat əlavə edib.
İ.Əliyev R.Mehdiyevlə bağlı sualı isə cavablandırmaqdan imtina edərək, zəngi sonlandırıb.
Qeyd edək ki, bir neçə gün öncə eks-deputat İlham Əliyevin bahalı avtomobili ilə icarədarı olduğu obyektlərdən icarə haqqını yığarkən görüntüləndiyi ilə bağlı məlumatlar yayılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:11 / 21.10.2025
Ramiz Mehdiyevin kürəkəni danışdı – VİDEO
Hazırda oxunan: Ramiz Mehdiyevin kürəkəni danışdı – VİDEO
Hazırda oxunan: Ramiz Mehdiyevin kürəkəni danışdı – VİDEO
576386
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































