İnsanları söyməsinə etiraz edən həmyerlisini öldürdü

Hazırda oxunan: İnsanları söyməsinə etiraz edən həmyerlisini öldürdü

57582

Ötən ilin 16 oktyabrında Füzuli rayonu, Horadiz şəhəri ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Füzuli rayon prokurorluğundan məlumat verilib.

İstintaqla müəyyən edilib ki, Füzuli rayon sakini 1981-ci il təvəllüdlü Zamin Mehdiyev qeyd edilən tarixdə Horadiz şəhərində yerləşən “OBA” marketin qarşısındakı insanların ünvanına yüksək səslə nalayiq ifadələr işlətməsinə görə ona öz iradını bildirən Şükür Əhmədova heç bir əsaslı səbəb olmadan bıçaqla xəsarət yetirərək qəsdən öldürüb. 

İş üzrə toplanmış sübutlar əsasında Zamin Mehdiyevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin