"Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılması 2022-ci ildə də prioritet məsələ olacaq".
Bizim.Media xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov 2021-ci ilin yekunlarına dair nazirliyin kollegiya iclasında deyib.
Ötən il ərzində həyata keçirilən tədbirləri təhlil edən müdafiə naziri qoşun növlərinin fəaliyyətini qiymətləndirib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, o cümlədən dövlət sərhədində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması məqsədilə 2022-ci ildə icra olunacaq fəaliyyətlər və qarşıda duran vəzifələr ilə bağlı komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:59 / 28.01.2022
Müdafiə Naziri orduya yeni tapşırıqlar verdi
Hazırda oxunan: Müdafiə Naziri orduya yeni tapşırıqlar verdi
Hazırda oxunan: Müdafiə Naziri orduya yeni tapşırıqlar verdi
57564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.