Bu saatlarda Apellyasiya Məhkəməsində həbsdə olan iş adamı Hafiz Məmmədovun işi üzrə vəsatətə baxılması başa çatıb.
Bizim.Media “Haqqin.az-a istinadən xəbər verir ki, məhkəmə iclası zamanı Hafiz Məmmədov vergi borcunu tez bir zamanda ödəyəcəyini vəd edərək, məhkəmədən onun həbsdən azad edilməsini istəyib.
Lakin məhkəmə iş adamının tələbini nəzərə almayıb. Hafiz Məmmədovdan əvvəlcə mövcud borcunu ödəməsi tələb olunub, bundan sonra onun azadlığa buraxılması məsələsinə baxıla biləcəyi vurğulanıb.
Qeyd edək ki, hazırda Hafiz Məmmədovun vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır.
Həbs edilən iş adamının dostları bu məbləğin bir hissəsini toplayıb vergi orqanlarının hesablarına köçürə biliblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:34 / 28.01.2022
Hafiz Məmmədov: “Məni buraxın, borcumu ödəyəcəm”
Hazırda oxunan: Hafiz Məmmədov: “Məni buraxın, borcumu ödəyəcəm”
Hazırda oxunan: Hafiz Məmmədov: “Məni buraxın, borcumu ödəyəcəm”
57555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.