Yanvarın 17-də paytaxtın Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyasının ərazisində şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər vətəndaş Həmid Ağayevə yaxınlaşıb onun baş nahiyyəsinə daş parçası ilə vuraraq yerə yıxıb. Daha sonra həmin şəxs zərərçəkənin üzərində olan 540 manat pulu quldurluq yolu ilə ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zərərçəkənin izahatı alınıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə quldurluq və soyğunçuluq cinayətləri etdiyi üçün məhkum edilmiş Samir Xudaverdiyev saxlanılaraq Polis Şöbəsinə gətirilib və istintaqa təhvil verilib.
Samir Xudaverdiyev ifadəsində hadisə günü zərərçəkəni metronun “28 May” stansiyasının yaxınlığında gördüyünü və onu Biləcəri qəsəbəsinə qədər təqib edərək orada həmin şəxsə qarşı quldurluq etdiyini bildirib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. Samir Xudaverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Samir Xudaverdiyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:47 / 28.01.2022
Bakıda yaşlı kişini daşla vuraraq pulunu oğurladılar - VİDEO
Hazırda oxunan: Bakıda yaşlı kişini daşla vuraraq pulunu oğurladılar - VİDEO
Hazırda oxunan: Bakıda yaşlı kişini daşla vuraraq pulunu oğurladılar - VİDEO
57539
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.