Təhsil Nazirliyinin töhmət verdiyi müəllim ona qarşı haqsızlığa yol verildiyini iddia edib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan və geniş müzakirələrə səbəb olan videoda dərs keçən 165 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Nərgiz İsmayılova bildirib ki, həmin şagirdlərin sinifdə bundan əvvəl də etdiyi qeyri-etik davranışlarına görə əvvəlcədən məktəb rəhbərliyinə məlumat verilib.
N.İsmayılova iddia edir ki, videoda qeyd olunan, dərs zamanı baş verən bu hadisələrin çox hissəsindən xəbəri olmayıb.
25 ildən artıqdır ki, coğrafiya fənnindən dərs dediyini qeyd edən N.İsmayılova həmin video sosial şəbəkədə yayıldıqdan və ona töhmət verildikdən sonra səhhətində problemlərin yarandığını deyib.
O, verilən töhmətin ləğv olunması üçün Təhsil Nazirliyinə müraciət etmək fikrində olduğunu da bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:49 / 27.01.2022
Təhsil Nazirliyinin töhmət verdiyi müəllimin səhhəti pisləşdi - VİDEO
Hazırda oxunan: Təhsil Nazirliyinin töhmət verdiyi müəllimin səhhəti pisləşdi - VİDEO
Hazırda oxunan: Təhsil Nazirliyinin töhmət verdiyi müəllimin səhhəti pisləşdi - VİDEO
57465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.