Bu kəndi iki hissəyə ayıran çayın üzərində körpü yoxdur - VİDEO

Hazırda oxunan: Bu kəndi iki hissəyə ayıran çayın üzərində körpü yoxdur - VİDEO

574510
İsmayıllı rayonunun Zeyvə kəndindən keçən çayın üzərində körpü tikintisinə ciddi ehtiyac var. Çünki körpüsü olmayan çayı keçmək sakinlər üçün əsl problemə və ciddi təhlükəyə çevrilir.
 
Valideynləri müşayiət etməsə uşaqlar da məktəbə gedə bilmirlər.
 
Moderator.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kəndin yolu çaydan keçdiyindən, üstəlik, çayın körpüsü olmadığından 400-ə yaxın ailə çətinlik yaşayır.
 
Kəndin ərazisindən axan Basqal çayı yaşayış məntəqəsini iki hisəyə ayırır. Çayın üzərində körpü olmadığından sakinlər kəndin bir tərəfindən digər tərəfinə çətinliklə keçirlər. Xüsusilə də uşaqlar çayı valideynsiz keçə bilmirlər.
 
Çaya gələn sel təsərrüfatlara da ziyan vurur. Körpünün olmaması səbəbindən çaydan keçən heyvanları sel aparır.
 
İsmayıllı Rayon İcra Hakimiyyətində də məsələdən xəbərdardırlar. Qurumdan bildirildi ki, problemlə bağlı aidiyyəti üzrə müraciət edilib. Vəsait ayrılan kimi körpünün tikintisinə başlanacaq.
 
Daha ətraflı videomaterialda:
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin