Qubada şəhid Kamran Orucovun xatirəsi əbədiləşdirildi - FOTO

Hazırda oxunan: Qubada şəhid Kamran Orucovun xatirəsi əbədiləşdirildi - FOTO

57422

Qubanın rayon mərkəzindən 47 km aralıda yerləşən Qonaqkənd qəsəbəsində Birinci Qarabağ Müharibəsi Şəhidi Kamran Niyətulla oğlu Orucovun xatirəsi əbədiləşdirilib.

Bizim.Media xəbər verir ki, Qonaqkənd məktəbinin həyətində ucalan bulaq-xatirə kompleksində qəsəbənin 4 Vətən müharibəsi şəhidinin - Saleh Nuriyev, Sadiq Azayev, Orxan Ömərov və Cəlil Məmmədovun xatirə portretləri də əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – FOTO / VİDEO


Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəhid statusu verilmiş Kamran Orucovun xatirə bulağı adını daşıdığı məktəbin ərazisində ailəsi tərəfindən inşa edilib. Bulaq kompleksinin açılışında qəsəbə sakinləri, şəhidlərin ailə üzvləri, din təmsilçiləri, rayon İH başçısı və müavinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Quba İH başçısı Ziyəddin Əliyev şəhidlərin ailə üzvlərinə dövlət səviyyəsində xüsusi qayğı olduğunu deyib, onların hər birinə Vətənin müdafiəsi üçün layiqli övlad yetişdirdiyi üçün bir daha minnətdarlıq edib.

Kamran Orucovun 92 yaşlı atası Niyyətulla Orucov oğlunun xatirəsinin əbədiləşdirilməsində ona göstərilən köməyə görə rayon rəhbərliyinə razılıq edib. 92 yaşlı ata Vətən yolunda şəhid olan cəsur oğulların valideynlərinə həmişə qürurlu olmağı tövsiyyə edib.

"Çünki bizim övladlarımız Qarabağı bizə qaytardılar" - deyə şəhid atası bildirib.

Ağsaqqal Vətən müharibəsində şəhid olan 4 qəsəbə sakinindən birinin -Saleh Nuriyevin onun qız nəvəsi olduğunu söyləyib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin