Bakıda ər arvadını öldürüb.
Nəsimi rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun ANS PRESS-ə verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Rabil Qabil oğlu Abbasov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səadət Əlikram qızı Bağırovanı bıçaqlayıb.
Ağır halda xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Arvadını qətlə yetirən Rabil Abbasov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



































































































