"Azərsu" ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) birgə məlumat yayıb.
Bizim.Media xəbər verir ki, məlumatda deyilir:
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə AAYDA Bakının Nərimanov rayonunda kompleks tədbirlər icra edib. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən İbrahimpaşa Dadaşov küçəsində təmir işlərinə start verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakının daha bir küçəsi əsaslı təmir olundu – VİDEO
Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılır. Aparılan təmir işləri çərçivəsində hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, piyada səkilərinin bərpa olunması işləri aparılır.
Bundan başqa, İ.Dadaşov küçəsinin bir hissəsində su və kanalizasiya xətləri istismar müddətini başa vurduğu üçün rəsmi müraciət əsasında, razılaşdırılmış şəkildə “Azərsu” ərazidə qazıntı işləri aparır. Kommunikasiya xətlərinin yenilənməsi gələcəkdə küçədə asfalt örtüyünün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq.
Təəssüflər olsun ki, həmin küçədə aparılan işlərlə bağlı bir vətəndaş həqiqətə uyğun olmayan video çəkərək sosial şəbəkələrdə paylaşıb.
Videoda həmin şəxs guya bir tərəfdə qazıntı işlərinin aparıldığını, digər tərəfdən isə asfalt döşəmə işlərinin görüldüyünü qeyd edərək ictimaiyyətə yanlış informasiya çatdırır. Halbuki küçədə yolun hərəkət hissəsində asfalt döşəmə işləri aparılır.
Bizim.Media