Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər? – Agentlikdən CAVAB

Hazırda oxunan: Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər? – Agentlikdən CAVAB

57366

Bütün ölkə vətəndaşları sığortaolunandır. Vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət göstərilir: ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, xidməti ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya xidməti, fizioterapiya xidməti, invaziv radiologiya xidməti, stasionar tibbi xidmət.
 

MÖVZU İLƏ BAĞLI:

ŞAD XƏBƏR – Bu şəxslərə dərmanlar PULSUZ veriləcək


“TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə birinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir.

Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

Ən vacib məqamlardan biri də təcili və təxirəsalınmaz hallarda vətəndaşa stasionar şəraitdə xidmətin göstərilməsi ilə bağlıdır. Bu zaman vətəndaşa göstərilən xidmət Xidmətlər Zərfinə daxildirsə ödəniş Agentlik tərəfindən icbari tibbi sığorta hesabına həyata keçirilir”, - deyə agentlikdən bildirilib. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin