Bakıda havanın keyfiyyəti yaxşılaşdı - Yanvarın sonunadək...

Hazırda oxunan: Bakıda havanın keyfiyyəti yaxşılaşdı - Yanvarın sonunadək...

57344

"Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, yanvar ayı ərzində Xətai, Nizami, Nərimanov rayonları ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub".

Bunu Bizim.Media-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, yanvar ayının bəzi günlərində Səbail rayonunda havada PM dispers toz hissəcikləri, Gəncə və Sumqayıt şəhərlərində isə azot-4 oksid normadan bir qədər yüksək qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədəki qarlı hava Azərbaycana təsiri edəcəkmi? – Nazirlikdən RƏSMİ AÇIQLAMA


Xidmət əməkdaşının sözlərinə görə, yanvar ayı ərzində əsasən yağıntılı günlərin üstünlük təşkil etməsi atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının azalmasına və hava keyfiyyətinin yüksəlməsinə səbəb olub:

"Belə ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayı ərzində atmosfer havasının çirklənmə səviyyəsi daha aşağı qeydə alınıb. Yaxın günlərdə yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, yanvar ayının sonunadək havanın keyfiyyətinin yaxşı olacağı gözlənilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin