Bakının Xətai rayonunda yerləşən binalardan birində bəzi sakinlər istilikdən məhrum olublar.
Bizim.Media xəbər verir ki, söhbət General Şıxlinski küçəsində yerləşən 19 saylı binadan gedir.
8 girişli binanın bir hissəsinə istiliyin verilməsi dayandırılıb. Sakinlər yaranmış vəziyyətdən şikayətçidirlər. Onlar iddia edir ki, "Azəristiliktəchizat" quruma borcu olan bəzi şəxslərə görə mənzillərə istiliyin verilməsinə məhdudiyyət tətbiq edib.
Daha ətraflı videodan izləyin:
Bizim.Media