"Facebook"da status oğruları məsuliyyətə cəlb olunacaqlar – Hüquqşünasdan AÇIQLAMA

Hazırda oxunan: "Facebook"da status oğruları məsuliyyətə cəlb olunacaqlar – Hüquqşünasdan AÇIQLAMA

57274

Müəllif hüquqlarının qorunması Azərbaycan üçün həmişə aktual mövzu olub. İlk növbədə o səbəbdən ki, Ermənistan həmişə Azərbayacana aid tarixi fakt, mədəni eksponatları mənimsəməyə çalışıb, musiqi plagiatları reallaşdırıb. Lakin bu mənfi xüsusiyyət ölkə daxilində də təkrarlanıb.

Son günlər isə ən ucuz mərhələsinə qədəm qoyub. Belə ki, bəzi insanlar sosial şəbəkələrdə başqasına məxsus olan fikirləri “copy-paste” edərək öz adından təqdim edir.

Hətta belə status yazılardan, paylaşılan şeirlərdən “kitab” ərsəyə gətirən “yazar”lar da var. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ən populyar sosial şəbəkələr hansılardır?


Problemin hüquqi tərəfləri barədə məlumat əldə etmək üçün hüquqşünas Ellada Bayramova ilə əlaqə saxladıq. Müəlliflikdən bəhs edən hüquqşünas əqli mülkiyyət hüquqlarına toxunub.

Konstitusiyamızın 30-cu maddəsinə əsasən hər kəsin əqli mülkiyyət hüququ var. Bura müəlliflik, ixtiraçılıq və hüququn başqa növləri də aiddir. Yəni, bütün bunlar qanunla qorunur. Bəs bütün bunlar sosial şəbəkələrdə də aktual ola bilərmi?

“Əslində olmalıdır. Əgər bölüşdüyü bir fikir sırf olaraq həmin insanın beyin məhsuludursa (bunu ayırd etmək rahatdır), belə olan təqdirdə ona aid olan paylaşımın müəllif hüquqları mütləq qorunmalıdır. Əgər Azərbaycanda belə ənənə yaranmayıbsa, mütləq tətbiq olunmalıdır.

Bu da öz növbəsində intellektual mülkiyyətdir və bunu qorumaq vacibdir. 

Müəllif hüquqlarının qorunma müddəti, müəlliflik hüququ ilə əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası qanunun 25-ci maddəsinə əsasən müəlliflik hüququ əsərin yaradılması ilə yaranır.
 

Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla müəlliflik hüququ hətta onun ölümündən sonrakı 70 il ərzində qüvvədə qalır. Bu cür qoruma müddəti müəlliflrə və onların vərəsələrinə münasib vaxt ərzində iqtisadi fayda görməyə imkan verir”.


O ki qaldı Facebook-dakı status oğrularına:

“Kiminsə düşüncələri “bu mənim beynimin məhsuludur”,- deyərək özününküləşdirməyə çalışırsa, mütləq məsuliyyətə cəlb olunmalıdır. Bizim ölkədə o qədər geniş yayılmasa da, dünyada praktik formada inkişaf edib. Düşünürəm ki, bizdə də əksini tapmalıdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin