Milli Məclisdə “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda dinləmə keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, komitənin 2022-ci ilin yaz sessiyası dövrünə dair iş planına “Məşğulluq haqqında” qanuna əlavə və dəyişiklik edilməsi iş planına salınıb.
Həmçinin “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.
Qarşıdakı sessiyada iş planı ilə bağlı fikirlərini bildirən komitə üzvləri dinləmələrin problemlərin ortaya çıxarılması və həlli yollarının axtarılmasında əhəmiyyətini vurğulayıblar, pandemiyanın məşğulluğa təsiri, qeyri-formal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik və əlilliyin təyinatı məsələləri ilə bağlı rəylərini səsləndiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:55 / 26.01.2022
Pensiyalarla bağlı deputatdan AÇIQLAMA
Hazırda oxunan: Pensiyalarla bağlı deputatdan AÇIQLAMA
Hazırda oxunan: Pensiyalarla bağlı deputatdan AÇIQLAMA
57256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.