“Qeyd etmək istəyirəm ki, 1992-ci il yanvarın 26-da uğursuz Daşaltı əməliyyatı zamanı itkin düşmüş 44 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında qeydiyyatdan keçib. Eksqumasiya zamanı tapılan meyitlərin qalıqları DNT nümunəsinin götürülməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Tədris Birliyinə təhvil verilib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov yayıb.
Xatırladaq ki, 1992-ci il yanvarın 25-26-da Daşaltı kəndinin işğaldan azad edilməsi üçün keçirilən uğursuz əməliyyat nəticəsində 90 nəfər həlak olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:23 / 26.01.2022
1992-ci ilin FACİƏSİ: Daşaltı kəndində tapılan meyitlərin qalıqları ekspertizaya göndərildi
Hazırda oxunan: 1992-ci ilin FACİƏSİ: Daşaltı kəndində tapılan meyitlərin qalıqları ekspertizaya göndərildi
Hazırda oxunan: 1992-ci ilin FACİƏSİ: Daşaltı kəndində tapılan meyitlərin qalıqları ekspertizaya göndərildi
57206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.