Qu quşu - Leyla Əliyeva

Hazırda oxunan: Qu quşu - Leyla Əliyeva

57191
Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib.

“Qu quşu” adlı şeiri oxucuların ixtiyarına veririk. 

(Лебедь)

Açıldı tək atəş, 
Atıldı güllə, 
Nazənin qu quşu 
Çəkildi göyə... 
Bir anda arzular, 
Göldə boğuldu. 
Möcüzəyə inam 
Ordaca öldü...

Ovçunun üzünəsə 
Bir saxta gülüş qondu... 
Ürəyi od tanıdı, 
Vicdanı əzab çəkdi... 
Qondarma gülüş isə 
Pərdələdi, gizlətdi. 
Başqa bir həyata 
Nöqtə qoymaqla, 
Guya həyatına 
həzz gətirmişdi...

Sadəcə bir güllə, 
Sadəcə bir an..! 
Təmiz məhəbbətə, 
Dedi: “Dur! Dayan!” 
Şəkk-şübhə tanımayan, 
Aydan arı sevgiyə 
Ovçu vermədi aman. 
Ağ lələklər üstündə, 
Parladı qan, axdı qan.

Güllə atmağa insan, 
Hüquqlu... iznlidir... 
Bəs yaşamaq hüququ 
Bu dünyada kimindir? 
Dilsiz-ağızsızları 
Mühakimə edirik. 
Mühakimə edəndə 
Heyf... adil deyilik. 
Çox vaxt ədalətsizik...

Bircə atəş açıldı... 
Qu quşunun qətlinə 
Küləklər də ağladı. 
Leylisini itirən 
Məcnun quş “qu” desə də 
“Qu” cavabı almadı... 
Fəryadı ərşə qalxdı. 
Dünyada nəyi varsa 
Hər şeyini yaxardı 
Təki ovçu atmasın, 
Sonasına qıymasın...

Özün təslim edərdi 
Ovçunun qənşərinə 
Təki sonası süzsün, 
Səmaların əngində. 
Xiffət çəkməyin isə 
Özü... üstlü əzabdır. 
Eynən bir güllə kimi 
Xiffət də qəlbdən vurur.

Güllənin gücünə bax - 
Kədər dənizə döndü. 
Nazənin qu quşunun 
Ulduzu orda söndü... 
Sonası qeyb olsa da, 
Yarı onunla uçur. 
Ürəyinin içində, 
Asimanları qucur.

Acı-acı ağlamaq 
Quş üçün deyil adət... 
Nə olsun ki, göz yaşı, 
Ayrılıq yarasına 
Məlhəmdir lap zaman tək. 
Qoy göllər sonasının, 
O məcnun gözlərində 
Sonası görünsün tək. 

Bircə güllə atıldı - 
Gəl unudaq hər şeyi..! 
Vaxta çox güvənirik, 
Çün dəyişir hər şeyi. 
İnsanlar da qadirdir 
Bu həyatda çox şeyə. 
Amma ki, güc tapmırlar, 
Heyif ki, bacarmırlar 
Adi qu quşu kimi, 
Sonalar sonası tək, 
Əbədiyyən sevməyə...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin