Ağsuda 2 uşaq anası dəm qazından vəfat etdi

Hazırda oxunan: Ağsuda 2 uşaq anası dəm qazından vəfat etdi

57191

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Bizim.Media xəbər verir ki, hadisə ötən axşam rayonun Padar kəndində baş verib.

Belə ki, kəndin sakini, 1993-cü il təvəllüdlü iki uşaq anası Əhmədzadə Elnaz Əliheydər qızı kustar üsulla quraşdırılan su qızdırıcısının hamam otağına buraxdığı dəm qazından zəhərlənib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.

Elnaz Əhmədzadə huşsuz vəziyyətdə Ağsu Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin