Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd edilib ki, rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11 min manat pulun oğurlandığını deyib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:44 / 26.01.2022
Lənkəran sakini polisi aldadıb - 11 min manatı oğurlanmayıb
Hazırda oxunan: Lənkəran sakini polisi aldadıb - 11 min manatı oğurlanmayıb
Hazırda oxunan: Lənkəran sakini polisi aldadıb - 11 min manatı oğurlanmayıb
57168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.