Gözəl, baxımlı əllər qadınlar üçün qalın saç və hamar dəri kimi əhəmiyyətlidir. Sözsüz ki, dırnaqlara hər zaman qulluq və qidalanma ilə yanaşı, vitaminlər də lazımdır. Əgər orqanizmdə hər hansı bir vitamin və ya mineral çatışmırsa, dırnaqlarda bu zaman problemlər yaranır: quruyur, qat-qat olur, qırılır, eybəcər görünür və hətta göbələk xəstəliyinə də tutula bilir.
Bizim.Media dırnaqlarınıza evdə necə qulluq etməyin yollarını təqdim edir:
Dırnaqlarınız tez-tez qırılırsa, onları xiyar suyunda 5 dəqiqə saxlamaq problemi həll edəcək. Xiyarda bol miqdarda A, E, B1, B2, B3, C vitaminləri, kalsium və dəmir var. Bu vitamin və minerallar sayəsində dırnaqlarınız qidalanacaq və qırılmasının qarşısı alınacaq.
Dırnaqlarınızı ağartmaq üçün limon suyunu pambıqla onlara yeridin və 10 dəqiqə gözləyin. Limon suyu və soda qarışığı hazırlayın, daha sonra dırnaqlarınıza çəkin. Bir az gözlədikdən sonra onları yuyun.
Kokos yağı dırnaqlarınızı qidalandırır və nəmləndirir. Yağı əlinizə sürtərək dırnaqlarınızı masaj edin.
İnfeksiyaya yoluxmuş dırnaqları müalicə etmək üçün su və alma sirkəsindən hazırlanmış məhlulda bir müddət isladın. Təxminən yarım saat belə saxlayın. Bunu daha tez həll etmək üçün pambıqla alma sirkəsini dırnaqlarınıza yeridə bilərsiniz.
Sarımsaq antibakterial xüsusiyyətə sahibdir. Dırnaqlarınızda belə problemlər yaranarsa, bir neçə diş sarımsağı əzin və məcun hazırlayın. Sonra onu dırnağınızda zədələnmiş hissəyə çəkin. (Lent.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:22 / 26.01.2022
Dırnaqlara necə qulluq etmək lazımdır?
Hazırda oxunan: Dırnaqlara necə qulluq etmək lazımdır?
Hazırda oxunan: Dırnaqlara necə qulluq etmək lazımdır?
57149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.